Fidan Fuada şad xəbər verdi: Bu şəxslər Türkiyəyə vizasız gələ bilərlər

Baxılıb:67
Fidan Fuada şad xəbər verdi: Bu şəxslər Türkiyəyə vizasız gələ bilərlər

Türkiyənin Xarici işlər naziri Hakan Fidan İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransı keçirib.

Fidan konfrans zamanı terrorla mübarizə mövzusunda İraqla olan birliyi konkret addımlarla inkişaf etdirmək istədiklərini bəyan edib.

“Bu istiqamətdə əlaqələrimizi fasiləsiz davam etdirəcəyik. Ümid edirəm ki, imzaladığımız anlaşma memorandumu hər iki ölkə üçün faydalı olacaq. Bu məsələdə həqiqətən əməyi olan müdafiə nazirlərimiz, kəşfiyyat rəislərimiz və müvafiq qurumlarımız böyük səylər göstəriblər. Onları ayrı-ayrılıqda təbrik edirik”, – deyə o bildirib.

Nazir həmçinin bildirib ki, 15 yaşdan aşağı və 50 yaşdan yuxarı iraqlılar sentyabrın 1-dən Türkiyəyə vizasız gələ biləcəklər. O, bunun imzalanan təhlükəsizlik anlaşmasından sonra ikinci yaxşı xəbər olduğunun vurğulayıb.


Abunəlik