Dünyada 4,4 milyarddan çox insan təmiz suya HƏSRƏT QALIB

Baxılıb:77
Dünyada 4,4 milyarddan çox insan təmiz suya HƏSRƏT QALIB

İsveçrədən olan tədqiqatçılar, BMT və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri belə qənaətə gəliblər ki, 136 aşağı və orta gəlirli ölkədə 4,4 milyarddan çox insan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində nəzərdə tutulduğu kimi təmiz, təhlükəsiz suya davamlı çıxışdan məhrumdur. Bu da ÜST və UNICEF-in 2020-ci ildəki təxminlərindən iki dəfə çoxdur.

Alimlərin bu fikirləri “Science” elmi jurnalında dərc olunan məqalədə yer alıb.

“Təmiz və təhlükəsiz suya çıxış insanların ayrılmaz hüququdur və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biridir”, – tədqiqatda deyilir.

Alimlər qeyd ediblər ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi zamanı bu problemin həlli aşağı və orta gəlirli ölkələrdə içməli suya çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, həmçinin müxtəlif bağırsaq infeksiyalarına yoluxma hallarını azaldacaq.


Abunəlik