Agentlik və nazirlik aidiyyatı qurumlara şəffaf hesabat verir? İMİŞLİDƏ QANUNSUZ KARİYERLƏRİN FƏALİYYƏTİ BAŞ ALIB GEDİR -VİDEO
İmişli rayonun Xubyarlı kənd sakinlərinin bir qrupu redaksamızaa müraciət edərək bildilirdi ki, Natiq, Fuad,Pənah , Seyid Əyar və Ülviyyə ,adlı fiziki şəxslər tərəfindən kəndin yaxınlığındakı otlaq sahələrində qanunsuz qum-çınqıl yataqlarını istismar etdiklərinə görə ərazidə gölməçə suları yaranır, nəticədə örüşə sürülən mal-qara burada bataraq tələf olurlar. Bizə dəyən ziyana isə saymaz yanaşılır, heç kimdən kompensasiya tələb edə bilmirik.AzTimes.az və ifadə.com saytının rəhbərləri birgə şəkildə Dağ-mədən sənayesinə məxsus sahələrdə qeyri-qanuni istismar fəaliyyətlərilə bağlı İmişli rayon ərazisində monitorinq apardıq. Həqiqətən də baxış zamanı “Bəhrəmtəpə-I” və “İmişli” qum-çınqıl yataqlarında qanunsuz istismar fəaliyyəti aşkarlanmışdır. Bu yataqlarda təxminən 10-dək fiziki şəxsin qanunsuz fəaliyyəti aşakar edilmiş və bu barədə lazımi tədbirləri həyata keçirilməsi üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə əlaqə saxlanılmışdır. Tərəfimizdən bildilmişdir ki, İmişli rayonun Qaradonlu kəndi yaxınlığında qaraqum ( Retro karyer) adlanan ərazidə Fuad adlı, “Bəhramtəpə-I” də Nakim adlı, Xubyarlıda Pənah, Seyid Əyar və Ülviyyə adlı, Şahverdilərdə Pənah və Elman adlı, Çaxırlıda isə Natiq adlı fiziki şəxslər tərəfindən yerin təki qanunsuz olaraq, heç bir icazə və sənədə malik olmadan istifadə edilir. Nəticədə ekologiya və yerli sakinlərə ziyan vurulur.
Maraqlı burasıdır ki, Araz çayı boyunca qanunsuz fəaliyyət göstərən, ağır texnikaların fasiləsiz işlədiyi qum-çınqıl karyerlərindən sanki, yerli dövlət orqanlarının, ilk növbədə ETSN Dövlət Ekoloji Təhlükəsizlik Agentliyinin, yerli İcra Hakimiyyəti Aparatının, və digər hüquq –mühafizə orqanlarının xəbəri yoxmuş kimi davranırlar. Amma az qala iş o yerə gəlib çatıb ki, o boyda Araz çayının qarşısını kəsərək qum-çınqıl istehsalını bu yolla da artırmağa çalışırlar. İmişli rayonu ərazisindəki fəaliyyət göstərən qanunsuz qum karxanalarının fəaliyyəti barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi də təqdim etdiyimiz faktları bir daha təsdiq etmiş və səlahiyyətləri daxilində gördükləri tədbirlər haqqında redaksiyamıza arayş təqdim etmişlər.“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ölkə üzrə faydalı qazıntı yataqlarında monitorinq və nəzarət tədbirlərini davam etdirir. Dağ-mədən sənayesinə məxsus sahələrdə qeyri-qanuni istismar fəaliyyətlərinə qarşı intensiv mübarizə aparılır. Agentlik yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə İmişli rayonuna məxsus faydalı qazıntı yataqlarında 2024-cü ilin yanvarından iyuladək müntəzəm monitorinqlər aparmışdır. Baxış zamanı “Bəhrəmtəpə-I” və “İmişli” qum-çınqıl yataqlarında qanunsuz istismar fəaliyyəti aşkarlanmışdır. Bu yataqlarda yanvar, may və iyul aylarında aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq 19 fiziki şəxs barəsində akt və inzibati protokol tərtib edilmişdir. 1 akt isə hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa göndərilmişdir. İmişli rayonuna məxsus faydalı qazıntı yataqlarında 2023-cü il boyunca da mütəmadi monitorinqlər aparılmışdır. Müəyyən olunmuş qeyri-qanuni istismar fəaliyyətlərilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlər edilmişdir. Agentlik dağ-mədən sənayesilə məşğul olan sahibkarları bir daha yer təkindən istifadə zamanı diqqətli olmağa, qanunlara riayət etməyə çağırır. Faydalı qazıntı yataqlarının qənaətlə və təhlükəsiz istismarını təmin etmək Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin başlıca fəaliyyət prinsiplərindən biridir. “ Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi” Bəli, hər şey dettalı olaraq aydındır. İndi bircə qalır ki, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev və yerli hüquq –mühafizə orqanları kimsənin arzu və istəklərinə baxmayaraq ekoloji cinayət törətmiş və törətməkdə davam edən fiziki şəxslərlə bağlı qanuni tədbirlərin həyata keçirilməsinə start versin.Biz də redaksiya olaraq tezliklə görülmüş tədbirlər barəsində ictimayyəti məlumatlandıraq.
Yazı ifadecom saytına məxsusdur