Ukrayna irəliləyir: Rusiya başını itirib – Humanitar böhran, kilometrlərlə köç karvanı – FOTO

Baxılıb:122
Ukrayna irəliləyir: Rusiya başını itirib – Humanitar böhran, kilometrlərlə köç karvanı – FOTO

Ukraynanın Rusiyanın Kursk və Belqorod vilayətlərində başlatdığı hücumlar humanitar böhrana səbəb olub.

Bu barədə Rusiya hakimiyyətindən rəsmi açıqlama verilib.

Bildirilir ki, avqustan 6-dan bəri başlayan hücumlar nəticəsində iki həftə ərzində minlərlə Rusiya vətəndaşı mülki köçkün düşüb.

Moskva bölgədəki vəziyyətin nəzarət altına alınmağa başladığını iddia edib. Lakin atəşə tutulan ərazidən alınan məlumatlara görə, Ukrayna qoşunları bir tərəfdən Kursk şəhərinin mərkəzinə, ikinci qoldan isə cənuba, qonşu Belqorod vilayətinə doğru irəliləyir.

İndiyədək Kursk vilayətinin 45 yaşayış məntəqəsindən qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 120 min dinc sakin təxliyə edilib. Evlərini könüllü tərk edənlər də nəzərə alındıqda, köçkünlərin ümumi sayı 200 minə çatıb.

Bölgədəki magistral yollarda kilometrlərlə növbə yaranıb. Yolda olanlara paylanan humanitar yardımlar yetərli deyil. Yanacaq qıtlığının da yaranmağa başladığı bildirilir.

Müharibə zonasını tərk edən mülki şəxslər ümumiyyətlə Moskva, Sankt-Peterburq şəhərlərinə və Orlovsk, Voronej, Tula və Lipetsk vilayətlərinə üz tuturlar. Rusiya daxilində getməyə yeri olmayan şəxslər isə məktəblərə, idman zallarına, gənclər düşərgələrinə və otellərə sığınırlar.

Rusiya administrasiyası vəziyyətlə bağlı nə edəcəyini bilmir. Üç gün əvvəl Rusiya prezidenti Vladimir Putin qaçmaq məcburiyyətində qalan insanlara 10 min rubl (təxminən 180 manat) verilməsi ilə bağlı sərəncam verib. Lakin bu, ictimaiyyət tərəfindən “Bizi ələ salırlar” sözləri ilə qarşılanıb.

Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski Rusiyaya qarşı hücumun davam edəcəyini bildirib: “Ordumuz avqustun 6-dan Rusiyanın Kursk vilayətində 74 yaşayış məntəqəsini nəzarətə götürüb”.


Abunəlik