Sürücülük vəsiqəsi almaq bahalaşdı

Baxılıb:69
Sürücülük vəsiqəsi almaq bahalaşdı

Almaniyada sürücülük vəsiqəsi almaq son üç ildə bahalaşıb.

Bu barədə Federal Statistika İdarəsi məlumat verib.

Bildirilir ki, vəsiqə üçün qiymətlər 2021-2023-cü illər arasındakı inflyasiyadan sonra xeyli bahalaşıb.

2021-ci ildə qiymət artımı 9,6 faiz olduğu halda, 2022-ci ildə 10,8 faiz, 2023-cü ildə 7,6 faiz olaraq statistikada əks olunub.

Sürücülük vəsiqəsinin alınmasının qiyməti hazırda 2100-4400 avro (təxminən 3.9-8.2 min manat) arasında dəyişir.


Abunəlik