ÜST bu xəstəliklə bağlı fövqəladə vəziyyət elan etdi

Baxılıb:72
ÜST bu xəstəliklə bağlı fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “meymunçiçəyi” virusu ilə bağlı fövqəladə vəziyyət elan edib.

Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra ÜST son statistikaları nəzərdən keçirmək üçün öz ekspert iclasını çağırıb.

Bildirilib ki, meymunçiçəyi virusunun yeni variantı 13 ölkədə sürətlə yayılıb.

Bu il 14 000-dən çox yoluxma və 524 ölüm hadisəsi baş verib. İndiyədək ölüm hallarının 96%-dən çoxu Konqoda qeydə alınıb.

Hazırda xəstəliyin insanlar arasında daha asan ötürülə bilən yeni mutasiyasının yayılma təhlükəsi ilə bağlı həyəcan təbili çalınır.


Abunəlik