Superkompüterin proqnozu: Top-5 liqalarda bu komandalar çempion olacaq

Baxılıb:44
Superkompüterin proqnozu: Top-5 liqalarda bu komandalar çempion olacaq

“Opta” statistika agentliyi 2024/25 mövsümündə Avropanın ən yaxşı 5 liqasının nəticələri ilə bağlı proqnozlarını açıqlayıb.

Superkompüter Premyer Liqada “Mançester Siti”ni şəksiz favorit hesab edir – 82,5%.

“Arsenal” (11,3%) və “Liverpul” (5,7%) da çempionluq uğrunda mübarizədə yer alıb.

İspaniyada model “Real Madrid”in qalib gələcəyini (86,8%) proqnozlaşdırıb və “Barselona”ya titul üçün 10%-dən az səs verib (9,7%).

A Seriyasında “Opta”nın fikrincə, “İnter” (78,6%) qalib gələcək, “Atalanta” (11,5%) və “Yuventus” (4,3%) bunun qarşısını almağa çalışacaq.

Almaniya Bundesliqası əsas favoritin uğur şansının 50%-dən az olduğu yeganə top çempionat olub. “Bayer”in 49,1% ehtimalla ardıcıl ikinci titul qazanacağı proqnozlaşdırılır. İkinci ən yaxşı şans “Bavariya”dadır (21,3%), “Borussia Dortmund” (12,9%) və “RB Leypziq” (12,5%) də çempionluq yarışında iştirak edə bilər.

Fransa çempionatında PSJ (79%) aşkar favorit sayılır; ilk 3-lükdə yer almaq üçün əsas iddiaçılar Monako (8,8%) və “Lill”dir (5,3%).


Abunəlik