Rusiyadan Zelenskinin yerinə gələcək erməni ilə bağlı şok açıqlama: “Quldur…”

Baxılıb:76
Rusiyadan Zelenskinin yerinə gələcək erməni ilə bağlı şok açıqlama: “Quldur…”

Vladimir Zelenskinin ölkənin keçmiş daxili işlər naziri Arsen Avakovla əvəzlənməsi Moskva və Kiyevi sülh danışıqlarına yaxınlaşdırmayacaq,

Bu sözləri rusiyalı politoloq Yuri Svetov deyib.

“Sülh danışıqları şansı olmayacaq. Avakov kimdir? O, Ukraynanın müstəqilliyi dövründə üzə çıxarılan əsl quldur, cinayətkarlarla sıx əlaqədə olan şəxsdir. Avakov Xarkova rəhbərlik etdi, orada çox şey etdi, sonra Kiyevə köçdü və orada daxili işlər naziri kimi bütün radikal qruplarla çox fəal əməkdaşlıq etdi”, – Svetov qeyd edib.

Siyasətçi digər bir vəziyyətə də diqqət çəkib: “Avakov ukraynalı olmadığı üçün kəskin millətçi radikal qruplarla ortaq dil tapıb və onlar onu başa düşüb dəstəkləyiblər. Məhz bu hal amerikalılara Avakovu Zelenskinin potensial varisi hesab etməyə əsas verib. Görünür, bu oyunu oynayanlar ümid edirlər ki, Avakov bütün radikal qruplaşmaları, millətçiləri öz nəzarəti altına ala, onların köməyi ilə Ukraynada səfərbər olunmaq və Rusiya ilə qarşıdurmada müəyyən nəticələr əldə etmək imkanı əldə edəcək. Buna görə də “sülh” və “Avakov” sözləri yan-yana dura bilməz”.


Abunəlik