Hakan Fidan və Antoni Blinken Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər

Baxılıb:84
Hakan Fidan və Antoni Blinken Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli “X” sosial şəbəkəsində məlumat verib.

“Qarşı tərəfin təşəbbüsü ilə keçirilən telefon görüşməsində İsrail ilə HƏMAS arasındakı danışıqlar prosesi, eləcə də regionda artan gərginlik müzakirə edilib”, – paylaşımda deyilir.

Türkiyə XİN başçısı qeyd edib ki, regionda artan gərginlik narahatlıq doğurur.


Abunəlik