Ukrayna qoşunları Rusiya ilə sərhədin bu hissəsində hücuma keçdi – Əhali köçürülür

Baxılıb:79
Ukrayna qoşunları Rusiya ilə sərhədin bu hissəsində hücuma keçdi – Əhali köçürülür

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Krasnoyaruzski rayonunun sərhədi yaxınlığında fəaldır.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

“Hakimiyyət Belqorod vilayətinin Krasnoyaruzski rayonu yaxınlığındakı sərhəd bölgəsində Ukrayna hərbçilərinin fəaliyyəti ilə əlaqədar insanların köçürülməsinə başlamaq qərarına gəlib”, – regionun rəhbəri Qladkov bildirib.

Videomüraciətində o, həmçinin Rusiya Silahlı Qüvvələrinin “ortaya çıxan təhlükənin öhdəsindən gəlmək üçün hər şeyi edəcəyinə” əminliyini ifadə edib.


Abunəlik