Gürcüstanlı ağır atlet üçqat Olimpiya çempionu oldu

Baxılıb:267
Gürcüstanlı ağır atlet üçqat Olimpiya çempionu oldu

Gürcüstanlı ağır atlet Laşa Talaxadze 102 kq-dan yuxarı çəki dərəcəsində Olimpiya qızılını qazanıb.

Klassik kombinə edilmiş yarışda 30 yaşlı idmançı 470 kq nəticə göstərib. İkinci yeri Ermənistan təmsilçisi Varazdat Lalayan (467) tutub. Üçüncü yeri bəhreynli Qor Minasyan (461) tutub .

Talaxadze Rio-de-Janeyro və Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub. O, həm də yeddiqat dünya çempionudur.


Abunəlik