Rusiya Kiyev vilayətini atəşə tutdu: ölənlər və yaralananlar var

Baxılıb:89
Rusiya Kiyev vilayətini atəşə tutdu: ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket hücumu zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb.

Bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib.

“Bu gecə Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşüb. Üç nəfər ağır yaralanıb. Daha iki nəfər: 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıblar. Təəssüf ki, onlar axtarış-xilasetmə əməliyyatları zamanı ölü tapılıb”, – Dövlət Xidməti diqqətə çatdırıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri avqustun 10-dan 11-nə keçən gecə Ukraynanın müxtəlif ərazilərinə ballistik raket və dron hücumu həyata keçirib. 


Abunəlik