Kursk və Donbas: hansına hücum edilsəydi, daha faydalı olardı?

Baxılıb:73
Kursk və Donbas: hansına hücum edilsəydi, daha faydalı olardı?

“Ukraynanın Kursk bölgəsinə təşkil etdiyi hücum Ukraynanı məğlubiyyətdən xilas etməyəcək”

Bu barədə jurnalist Maykl Klark “The Times” qəzetinə yazdığı məqalədə bildirib.

Onun fikrincə, Zelenskinin planları məhvə məhkumdur. Jurnalist qeyd edib ki, Ukrayna hakimiyyəti insanların macəraları üçün həyatını riskə atmağa hazırdır, lakin onlar səhv hesablayıblar.

“Zelenskinin tənqidçiləri deyəcəklər ki, bu, sadəcə olaraq, əsgərlərin boşa getmiş həyatları və lazımsız yerə məhv edilmiş texnikadır. Cənubda, Donbassda daha faydalı olardı”, – Klark yazıb.

Onun sözlərinə görə, bu, çox təkəbbürlü qərar idi, lakin qarşıdakı döyüşlərin Kiyevin xeyrinə olacağı ehtimalı yoxdur.

Jurnalist vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu hərbi əməliyyatların gedişatını dəyişməyəcək.


Abunəlik