Yaponların gözəllik sirri: bu maska sayəsində dəriniz parlayacaq

Baxılıb:86
Yaponların gözəllik sirri: bu maska sayəsində dəriniz parlayacaq

Əsrlər boyu mövcud olan gənclik və gözəllik maskalarında yapon qadınlarının sirr olaraq saxladıqları üsul üzə çıxıb. Yaponların uzun illərdir istifadə etdiyi bu təbii qulluq üsulları ilə dəriniz 100 yaşınız olsa belə parlamağa davam edəcək.

Yaşıl çay maskası: Yaponların tez-tez hazırlayıb içdikləri yaşıl çaydan maska kimi də istifadə etmək olar. Yaşıl çay maskası dərini təmizləyir və qidalandırır. Yaşıl çayı hazırlayıb soyuduqdan sonra pambığın köməyi ilə dərinizə çəkib antioksidant və yaşlanma əleyhinə xüsusiyyətlərindən faydalana bilərsiniz. Yaşıl çayın dəriyə tətbiqi yaşlanma əleyhinə təsir göstərir, həmçinin sızanaq əmələ gəlməsindən qorunmağa kömək edir.

Dəniz yosunu maskası: Yaponların yeməkdən çaya qədər tez-tez istifadə etdiyi və bir çox cəhətdən faydalandığı dəniz yosunu maskaların hazırlanmasında da istifadə edilir. Dəniz yosunu maskası hazırlayaraq dərinizi qidalandıra bilərsiniz. O, həmçinin dərini zərərli toksinlərdən təmizləyir.

Dəniz yosunu maskasının tərkibi və hazırlanma qaydası belədir:

1 xörək qaşığı toz dəniz yosunu
1 çay qaşığı aloe vera geli
1 çay qaşığı bal
Bir az su

Toz halına salınmış dəniz yosunu bir qaba götürün, su əlavə edin və məcun halına gətirin. Sonra qarışıma bal əlavə edib qarışdırmağa davam edin. Aloe vera gel əlavə edin və qarışdırmağa davam edin. Dərinizi təmizləyib qurutduqdan sonra qarışığı dərinizə yaxşıca çəkin. Sonra dərinizdə qurumasını gözləyin. Daha sonra dərinizi ilıq su ilə yuyaraq təmizləyə bilərsiniz.

Düyü maskası: Yapon qadınlarının min illər boyu gözəllik sirri olan üsul budur. Düyünün tərkibindəki təbii nişasta dəri tonunu açaraq günəş ləkələri və dəri qaralması kimi problemlərdən xilas olmağa kömək edir. Düyü suyu dəriyə soyucu təsir göstərir və onun dərindən təmizlənməsini təmin edir. Dəridəki sallanmaları, qırışları və ləkələri aradan qaldırmağa kömək edir. Düyünü su ilə qaynadıb, daha sonra soyumasını gözləyin. Ondan sonra isə üzünüzə çəkin.


Abunəlik