Paşinyan məzuniyyətdən qayıdır: Elə şeylər edəcək ki…

Baxılıb:82
Paşinyan məzuniyyətdən qayıdır: Elə şeylər edəcək ki…

Avqustun 12-də Ermənistanın baş naziri Nikol Paşinyanın məzuniyyəti başa çatır.

“Joqovurd” qəzetinin dərc etdiyi məlumata görə, Paşinyanın budəfəki qayıdışı fərqli olacaq. Onun kadr islahatları aparacağı deyilir.

Hökumətə yaxın mənbələr qəzetə deyib ki, Paşinyanın kabinetlərdə dəyişikliklərə başlayacağı istisna olunmur. Müxtəlif vəzifədən azad edilmələr və təyinatlar gözlənilir.

Mənbələr Nikol Paşinyanın konkret mesajlar verəcəyi mətbuat konfransını da səbirsizliklə gözlədiklərini bildiriblər. Onlar sülh müqaviləsinin imzalanmasına, Ermənistan Konstitusiyasının dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı Azərbaycanın təkliflərinə, eləcə də onun qarşıdakı fəaliyyətlərinə istinad edəcəklər.

Mənbələr onu da çatdırıb ki, Ermənistanın Bakıda keçiriləcək COP-29-da iştirak edib-etməyəcəyi barədə yekun qərar verilməlidir.


Abunəlik