Deputatlığa namizəd Peyman Sadıqov seçki platformasını açıqladı
Əziz Şirvan şəhərinin sakinləri sizdən dəstək və ədalətli seçim gözləyirəm.
Mənə etimad göstərərək seçsəniz əmin ola bilərsiniz ki:
- Qanunvericilik fəaliyyətimin əsas məqsədi sosial-iqtisadi islahatların həyata keçirilməsinə və vətəndaşlarımızın rifah halının yüksəldilməsinə öz dəstəyimi verəcəm;
- Şəhid ailələrinə, Qarabağ və Böyük Vətən müharibələri veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanların ehtiyaclarının təmin olunmasına çalışacam;
- Sizin sosial problem və qayğılarınızın həllinə, rahat və ədalətli mühitdə yaşamağınıza təminat verən qanunların qəbul edilməsi və qanunların aliliyinin təmin olunması naminə fəaliyyət göstərəcəm;
- Sizi narahat edən məsələləri millət vəkili səlahiyyəti çərçivəsində dövlət qurumları qarşısında qaldırmaqda və onların həllini tələb etməkdə qətiyyətli olacam;
- Sağlam gələcək naminə idmanın inkişafında dövlətimizin gördüyü və görəcəyi bütün işlərə dəstək olacam;
- Milli mənafeyimiz naminə əsrlərlə formalaşmış adət-ənənələrimizin, mənəvi və əxlaqi dəyərlərimizin qorunması istiqamətində mövqeyimi daha da möhkəmləndirəcəm;
- Azərbaycanın müstəqilliyinin, suverenliyinin və konstitutsion əsaslarının qorunması, ərazi bütövlüyünün bərpası işində hər zaman olduğu kimi Sizin və dövlətimizin yanında olacağam;
- Vətənpərvər və yenilməz dövlətçiliyimizə xidmət edən gənclərin sayının artmasına çalışacağam, gənclərimizin hərtərəfli inkişafı üçün ardıcıl səmərəli addımlar atacağam;
Bu seçkilərin özümüz və övladlarımız, xalqımız və dövlətimiz, hər birimiz üçün xeyirli, faydalı nəticələrini görmək istəyiriksə, gəlin seçkilərdə fəal olaq, ədalətli seçim edək!