Mikrodalğalı soba, yoxsa mikrob məskəni? – Görün evinizdə nə saxlayırsınız
Alimlər laboratoriya şəraitində apardıqları tədqiqat nəticəsində məişətdə istifadə olunan mikrodalğalı sobalarda, ümumiyyətlə məişət cihazlarında 25 növ bakteriyanın 747 müxtəlif növünü aşkar ediblər.
Nəticələr “Frontiers in Microbiology” jurnalında dərc olunub.
Mütəxəssislər 30 cihazın daxili səthlərindən, qapı tutacaqlarından və idarəetmə panellərindən mikrob nümunələri götürüblər. Onlardan 10-u ümumi yerlərdə (məsələn, yeməkxanalarda), 10-u laboratoriyalarda, 10-u isə evdə istifadə olunan əşyalar olub.
Tədqiqatçılar 25 növə aid 747 müxtəlif növ bakteriya müəyyən ediblər. Mikrodalğalı sobalarda “Firmicutes”, “Actinobacteria” və “Proteobacteria” siniflərinin bakteriyaları üstünlük təşkil edib. Məlum olub ki, məişət tipli mikrodalğalı sobalarda və ictimai istifadədə olan cihazlarda mikrob tərkibi oxşardır. Eyni zamanda, laboratoriya mikrodalğalarında olan bakteriyaların radiasiyaya daha davamlı və növlərə görə daha müxtəlif olduğu təsdiqlənib.
Yalnız eyni evdə ailə üzvləri tərəfindən istifadə edilən mikrodalğalı sobalarda “Acinetobacter”, “Bhargavaea”, “Brevibacterium”, “Brevundimonas”, “Dermacoccus”, “Klebsiella”, “Pantoea”, “Pseudoxanthomonas” və “Rhizobium” kimi bakteriyalar, ortaq istifadədə olan sobalarda isə “Arthrobacter”, “Enterobacteryl No es”, “Novosphingobium” və bir çox başqaları aşkar edilib.
Ən çox bakteriya mikrodalğalı sobaların qapı tutacaqlarında aşkar edilib ki, bu da onların nadir hallarda təmizlənməsi və qida qalıqlarının üst-üstə yığılması ilə izah olunur. Ev sobalarında tapılan bəzi mikroorqanizmlər (məsələn, “Klebsiella”, “Enterococcus” və “Aeromonas”) elm adamları tərəfindən sağlamlıq üçün potensial təhlükə adlandırılıb. Lakin ümumiyyətlə, mikrodalğalı sobalarda aşkar edilən mikrob populyasiyasının digər mətbəx cihazlarındakından daha təhlükəli olmadığı ortaya çıxıb.