Ukrayna ordusunun hücum etdiyi Kurskda fövqəladə vəziyyət elan edildi

Baxılıb:66
Ukrayna ordusunun hücum etdiyi Kurskda fövqəladə vəziyyət elan edildi

Ukrayna Silahlı Qüvvələrinin davam edən hücumları səbəbindən Kursk vilayətində fövqəladə vəziyyət tətbiq edilib.

Bu barədə regionun rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov özünün “Telegram” kanalında məlumat verib.

O əlavə edib ki, əməliyyat şəraiti yaxşılaşana qədər o, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sisteminin qüvvələrinin işini şəxsən əlaqələndirəcək.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, Kursk vilayətinin atəşə tutulması nəticəsində 6-sı uşaq olmaqla, 31 nəfər yaralanıb.

Gecə ərzində Rusiya Silahlı Qüvvələrinin bölmələri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd orqanları ilə birlikdə Rusiya-Ukrayna sərhədinə bilavasitə bitişik Kursk vilayətinin rayonlarında Ukrayna Silahlı Qüvvələrinin (SQ) silahlı birləşmələrini məhv etməyə davam ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunur ki, Kursk istiqamətində qoşun qruplaşmasının aviasiya, raket qoşunları, artilleriya atəşi və dövlət sərhədini qoruyan bölmələrin fəal hərəkətləri ilə Ukrayna silahlı birləşmələrinin Rusiya ərazisinin dərinliklərinə irəliləməsinin qarşısı alınıb.

“Sum vilayətinin Basovka, Juravka, Yunakovka, Belovodı, Kiyanitsa, Korçakovka, Novaya Seç, Pavlovka, Qorodişe yaşayış məntəqələrinin ərazisində onların ehtiyatlarına zərbələr endirilib.

Döyüş əməliyyatlarının bir günü ərzində Ukrayna hərbi birləşmələrinin itkiləri 260-a qədər döyüşçü və 50 zirehli texnika, yeddi tank, səkkiz zirehli transportyor, üç piyada döyüş maşını, 31 döyüş zirehli maşın, bir mühəndis maneə təmizləmə maşını və altı avtomobil təşkil edib. “Həmçinin “Buk M1” zenit-raket kompleksinin iki özüyeriyən atəş qurğusu, “UR-77″ minatəmizləmə qurğusu və radioelektron mübarizə stansiyası məhv edilib. Ukrayna SQ-nin birləşmələrinin məhv edilməsi əməliyyatı davam edir”, – Rusiya müdafiə idarəsinin bəyanatında qeyd olunub.

Rusiyanın Kursk vilayətində vəziyyət son dərəcə gərgindir.

Bu barədə Rusiyanın bır sıra teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu ötən gecə ərzində davam edən şiddətli döyüşlər nəticəsində Kursk vilayətinin Sudja rayonu ərazisindəki Nikolaevo-Daryino və Sverdlikovo kəndlərinə nəzarəti ələ keçirib. Oleşynya yaşayış məntəqəsində isə vəziyyət gərgin olaraq qalır. Ukrayna ordusunun hücumu zamanı Rusiya tərəfindən azı 5 dinc sakin ölüb, 28 nəfər yaralanıb. Tibbi personalın məlumatına görə, yaralıların əksəriyyəti dinc sakinlərdir.

O da bildirilir ki, Ukrayna hərbçiləri hücumun arealını daha da genişləndirməklə bağlı tapşırıq alıblar. Bun əsas məqsədi müdafiə xəttini yararaq, daha çox əraziyə nəzarəti təmin etməkdir. Ukrayna tərəfi həmçinin, Qoqolevskaya və Qonçarovka qəsəbələrinə nəzarəti təmin edib. Kanallar onu da yazır ki, hazırda Rusiya ərazisində Ukrayna ordusunun 2000 nəfərədək şəxsi heyəti var. Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun sözlərinə görə, Ukrayna tərəfinin əsas məqsədi rayon mərkəzinə yaxın ərazilərdə möhkəmlənmək, eləcə də “Kurçatov” AES-i ələ keçirməkdən ibarətdir.

Döyüşlər nəticəsində Ukrayna ordusuna məxsus 16 ədəd zirehli maşın və iki ədəd “Buk” zenit-raket kompleksi zərərsizləşdirilib. Bölgədə vəziyyətin mürəkkəbliyini ərazidə olan hərbi jurnalistlər də təsdiqləyiblər.

Bildirilib ki, gecə ərzində Ukrayna tərəfinin 12 ədəd zirehli texnikası sıradan çıxarılıb. Onların sözlərinə görə, baş verənlər qarşı tərəfin hücumları daha da genişləndirəcəyini, eləcə də Rusiyanın ərazisinin bir hissəsini işğal etmək istədiyini göstərir.

Gecə ərzində Ukrayna ordusunun Rusiyanın Kursk vilayətini atəşə tutması nəticəsində beş nəfər ölüb, 28 nəfər yaralanıb.

Bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılar arasında altı uşağın da olduğu açıqlanıb.

Vilayətin qubernatoru Aleksey Smirnov faktı təsdiqləyib. O bildirib ki, yaralılar zəruri tibbi yardımla təmin olunub. Bu arada, regionda yenidən raket təhlükəsi elan edilib. Vətəndaşlara olduqları ərazini tərk etməmək tapşırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənləri dinc əhaliyə qarşı yönələn terror aktı adlandırıb.

“Sputnik” radiostansiyasının efirində qonaq olan nazirlik rəsmisi bildirib ki, istintaq orqanlarına baş verənlərin ətraflı şəkildə araşdırılması ilə bağlı qəti göstəriş verilib.


Abunəlik