Sena çayı xəstəlik mənbəyidir? – Paris merindən AÇIQLAMA

Baxılıb:112
Sena çayı xəstəlik mənbəyidir? – Paris merindən AÇIQLAMA

Parisin meri Ann İdalqo iddia edir ki, Olimpiadada iştirak edən idmançılardan heç biri Sena çayında üzmək nəticəsində xəstələnməyib.

BU barədə RİA Novosti məlumat yayıb.

“Sena çayında üzdüyünə görə xəstələnən və ya yarışdan imtina edən bir idmançı yoxdur. Bu saxta xəbərlərdir və artıq milli olimpiya komitələri də bunu təsdiqləyiblər”, – deyə o bildirib.

Qeyd edək ki, indiyədək Sena çayının şirkli olmasına görə, bir neçə yarışın məşqi ləğv edilib. Çayda hələ 1923-cü ildən E.Coli və digər patogen bakteriyaların çox olması səbəbindən üzmək qadağan olunub. Meriya, yarışın keçirilməsi üçün bir çox təmizləyici qurğuların və drenaj sistemlərinin yeniləndiyini, suyun təmizlənməsi tədbirlərinin dəyərinin təxminən 1,4 milyard avro təşkil etdiyini bildirib. İyunun sonunda çaydan götürülmüş su nümunələri göstərib ki, Sena çayında üzmək olar.

Olimpiada ərəfəsində İdalqo çayın yarışlar keçirmək üçün təhlükəsiz olduğunu sübut etmək üçün özü Senada üzüb.


Abunəlik