Azərbaycan Həmkarlar İttifaqi Konfederasiyasının sədri Səttar Möhbalıyev gedir???
Bəzi xəbər agentlikləri yazir ki, Azərbaycan Həmkarlar İttifaqi Konfederasiyasının sədri Səttar Möhbalıyev gedir. Əcəba, gedirsə necə gedir, hara gedir? Gədirsə, 33 il ərzində bu nəhəng təşkilatda yaratdığı imperiyasi da dağılırmi? Gedəndə yerli təşkilatlara yerləşdirdiyi qohumlarını da aparırmı özüylə? Məsələn Səttar Möhbalıyevin qudasi Rəfail Eyvazovun qardaşi 70 yaşlı Səfail Eyvazov qohumluq əlaqələrinə görə Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqın8n Masalli rayon Komitəsində 17 ildir at oynadır. Halbuki, zamanında hec düz-əməllı muəllim də işləməyib. İllərdir işçinin yox, rəhbərin ” hüquqlarinı” müdafiə etməklə gün keçirir. Səfail Eyvazovun oğlu əslində fiziki tərbiyə müəllimi olan Fəxrəddin Eyvazov 2 akademiya bitirsə də ( İdman Akademiyasi, İdarəçilik Akademiyasi) üçüncu dəfə Gəncə Dövlət Aqrar Akademiyasında təhsilini davam etdirir. Burasi da aydındır. Bəlkə 3-cü akademiya Fəxrəddin müəllimə nəsə savad verə bildi. Oxusun, Oxumaq öyrənmək heç vaxt gec deyil. Amma iş orasındadi ki, Masallıda yaşayan Fəxrəddin Eyvazovu tələm-tələsik Bakiya dəvət edib, ATİAHİ Abseron rayon Komitəsinə sədr təyin etdilər. Maraqlıdır, hansi kriteriyalarına göre. Vaxtilə YAP Masallı rayon komitəsindən bacariqsızlığına göre uzaqlaşdirılan Fəxrəddin Eyvazovda birdən- birə hansi istedad parladi ki, onu Bakiya dəvət edib vəzifə tapsirdilar. Səbəb birdir: Səttar Möhbalıyevin qohumudur. Öz aramizdir o boyda Həmkarlar təskilatının “şef”i ( Səttar Möhvaliyevə belə müraciət edirlər) yaxın qohumlarinı işsiz qoya bilməz ki. Amma bir sual maraqlıdir: Səttar Möhbaliyevin nə qədər qohumu həmkarlar təşkilatinda vəzifə daşiyir və ya Həmkarlar təşkilati Eyvazovlar nəsli üçün yaranıbmi?