İcra başçısı həbs olunan icra başçılarından danışdı – SON DƏQİQƏ!

Baxılıb:294
İcra başçısı həbs olunan icra başçılarından danışdı – SON DƏQİQƏ!

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə həbs olunan icra başçılarından danışıb.

Göyçay rayonundaarayonunda təşkil olunmuş “Media üçün açıq qapı”- da jurnalistlərə açıqlama verən Mehdi Səlimzadə həbs olunan icra başçılarını qınayıb:
“Bir neçə icra başçısının həbs olunmasına təəssüflənirəm, mənə ağır gəldi. Bilirsiniz nə? Heydər Əliyev Fondundan gələn yardımların düzgün istiqamətə yönləndirilməməsi. Yəni, icra başçısı o səviyyəyə düşüb ki, gələn yardımları dağıdır? Bu biabırçılıqdır, xəcalətdir. Əgər, göndərilən yardımı icra başçısı bölürsə, hamısı yoxlanılmalıdır. Kartları icra başçısı cibində saxlayırsa, yoxlanılmalıdır. Əslində bu hallar icra başçısına yaraşmayan hallardır.
Demokratik cəmiyyətdə demokratiya və hüquq paralel getməlidir. Nəzarətsiz nə hüquqi, nə də demokratik cəmiyyət qurmaq olar. Bunun üçün də nəzarət mütləq olmalıdır.”
PƏRVİN ABIŞOVA AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir