Məşhur müğənninin yandırılmasında ailəsinin günahkar bildiyi “Moskva Tahir” əslində KİMDİR?

Baxılıb:306
Məşhur müğənninin yandırılmasında ailəsinin günahkar bildiyi “Moskva Tahir” əslində KİMDİR?

Bakıda gənc müğənni Həmidə Tağıyevanı öldürdüyü iddia olunan “Moskva Tahir” ləqəbli Tahir Nəsirov kimdir?
Criminal.az saytının əldə etdiyi məlumata görə, Tahir Vaqif oğlu Nəsirov 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Onunla birlikdə tutulan qrup üzvlərindən 48 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin yaydığı rəsmi məlumata görə, Tahir Nəsirovun təşkilatçılığı ilə dəstə üzvləri İrandan Beyləqan rayonu istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla keçirib həmin rayonun 1-ci və 2-ci Şahsevən kəndlərinin arasındakı ərazidə gizlədiblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Tahir Nəsirov və İlqar Quliyev narkotik vasitələri həmin yerdən götürürərək Bakıda gizlədiblər. Əməliyyat zamanı Tahir Nəsirovdan Türkiyə istehsalı olan 1 ədəd «Mini Kral» start tapançası götürülüb. Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə T.Nəsirov 14 il müddətinə azadlıqdan məhrum edilib. İki il əvvəl azadlığa buraxılıb.
Xatırladaq ki, H.Tağıyeva bu il mayın 3-də yanaraq dünyasını dəyişib. Ailə üzvləri iddia edir ki, Həmidəni sevgilisi Tahir Nəsirov “Hyundai elantra” markalı avtomobillə qəbiristanlığa apararaq yandırıb. Avtomobilin Fatimə adlı qadına məxsus olduğu bildirilir. Ailə iddia edir ki, hadisədən sonra Fatimə ailəni durmadan təhdid edir.
Mövzuya qayıdacağıq.

AzTimes.az


Abunəlik