COVID-19 Türkiyəni bürüdü: Azərbaycanla bağlı nazirlik bir söz deyir, professor isə…

Baxılıb:86
COVID-19 Türkiyəni bürüdü: Azərbaycanla bağlı nazirlik bir söz deyir, professor isə…

Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım qeydə alınıb. Xəstəlik daha çox İstanbul və Ankarada qeydə alınıb. Virus fərqli ştamplarla yayılır.

Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda COVID-19 ilə bağlı epidemioloji vəziyyət stabildir:

“Tək-tək yoluxma hadisələrinin qeydə alınmasına baxmayaraq, kütləvi yayılma halları müşahidə edilmir. Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”, – deyə qeyd edilib.

Professor Adil Qeybulla açıqlamasında qeyd edib ki, Azərbaycanda COVID-19-a yoluxma hallları Türkiyədən heç də geri qalmır:

“İndiyə qədər modul tipli xəstəxanaların saxlanılması elə bununla bağlıdır. Bundan başqa bizdə insanların çoxu vaksinasiya kağızlarını yalandan alıblar, gedib vaksinasiya olmayıblar. Bu da infeksiya zəncirinin tam qırılmamasına gətirib çıxarır. “Omicron” ştamının mutasiya variantları davam edir. Bu da insanlar arasında yoluxma hallarını artırır. Sadəcə çox adam buna əhəmiyyət vermir, amma ciddi xəstələr də var. Xüsusilə COVID-19-u qaraciyər və yanaşı xəstəlikləri olanlar daha ağır keçirirlər. Yəni bizim özümüzdə də epidemioloji vəziyyət Türkiyə kimidir. Etiraf eləməliyik ki, bizdə də yoluxma halları qeyd olunur”.


Abunəlik