ABŞ və İran arasında gizli görüş: Netanyahunun hiyləsinə düşməyin – ŞOK Türkiyə detalı
İsrailin İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni öldürməsi bölgədə gərginliyi artırıb. ABŞ nümayəndə heyətinin Türkiyə üzərindən gizli şəkildə İrana getdiyi iddia edilib.
Bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.
Xəbərdə ABŞ rəsmilərinin Ankaradan gizli şəkildə İrana gedərək “İsrailə hücum edib Netanyahunun hiyləsinə düşməyin” xəbərdarlığı etdikləri bəyan edilib.
2 saat davam edən kritik görüşdə rəsmilər İranın İsrailə hücum edəcəyi təqdirdə ABŞ-ın İsrailin yanında olacağını və onun müdafiəsinə dəstək verəcəklərini bildiriblər. Həmçinin ABŞ-ın böyük müharibə istəmədiyi vurğulanıb.
Görüşdə ABŞ nümayəndə heyəti İrandakı bəzi Mossad agentlərinin siyahısını xoşməramlılıq əlaməti olaraq İrana verib: “Biz anlayırıq ki, siz prestij üçün hücum edirsiniz. Amma böyütməyin. Əgər birlikdə nüvə razılaşması əldə etsək, Netanyahuya ən böyük zərbəni vurmuş olarsınız”.