Belqoroda PUA hücumu: 1 nəfər öldü, yaralılar var – YENİLƏNDİ

Baxılıb:83
Belqoroda PUA hücumu: 1 nəfər öldü, yaralılar var – YENİLƏNDİ

Belqorod vilayətinin Şebekino şəhərində bir qadın Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın hücumu nəticəsində ölüb.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

“Qadın aldığı yaralardan təcili tibbi yardım gələnə qədər yerindəcə keçinib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – o, “Telegram” kanalında yazıb.

Daha iki PUA iki fərdi evə hücum edib, bundan sonra dam örtüyü yanıb. Yanğın söndürülüb.

Qladkov Ukrayna ordusunun sutka ərzində ümumilikdə 40 PUA ilə Belqorod vilayətinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində 8 nəfər yaralanıb.

***

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Belqorod vilayəti üzərində iki PUA-nın məhv edildiyini açıqlayıb.

Nazirliyin yaydığı məlumatda deyilir:

“Ötən gecə Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki hədəflərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətməyə cəhd edərkən, Belqorod vilayəti üzərində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən iki təyyarə tipli PUA məhv edilib”.


Abunəlik