Ukrayna vətəndaşlarını Livandan təxliyə edir

Baxılıb:63
Ukrayna vətəndaşlarını Livandan təxliyə edir

“Ukrayna Livanın təhlükəli bölgələrindən vətəndaşlarını təxliyə edir. Artıq 30 nəfər – 21 qadın və 9 uşaq təxliyə edilib”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

Prezidentin sözlərinə görə, təxliyə Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub. Zelenski vurğulayıb ki, ukraynalılar dünyanın hansısa bir yerində təhlükə ilə qarşılaşarsa onlar vətənlərinə təxliyə edilirlər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, təxliyə edilənlər Polşadadır. Onları Ukrayna konsulları və Baş Kəşfiyyat İdarəsinin nümayəndələri qarşılayıblar.


Abunəlik