Tramp əldə etdiyi uğura görə Putini TƏBRİK ETDİ

Baxılıb:43
Tramp əldə etdiyi uğura görə Putini TƏBRİK ETDİ

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Atlantada çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini bir sıra Qərb ölkələri ilə məhbus mübadiləsi razılaşması münasibətilə təbrik edib.

Bu barədə “C-SPAN”məlumat yayıb.

“Vladimir Putini daha bir böyük nailiyyət əldə etdiyinə görə təbrik etmək istərdim”, – tramp deyib.

Eyni zamanda Tramp vurğulayıb ki, bu razılaşma ABŞ üçün dəhşətli olub.

“Biz dəhşətli, qorxulu sövdələşmələr edirik” – eks-prezident əlavə edib.

Avqustun 1-də Ankarada Rusiya və Qərb ölkələri arasında 26 nəfərin iştirak etdiyi ən böyük məhbus mübadiləsi keçirilib. Onlar Rusiya, ABŞ, Almaniya , Polşa , Sloveniya , Norveç və Belarus həbsxanalarında olublar. Mübadilə nəticəsində azadlığa çıxan 10 nəfər, o cümlədən iki uşaq Rusiyaya, 13 nəfər Almaniyaya, üç nəfər isə ABŞ-a gedib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, əsirlərin mübadiləsi ilə bağlı danışıqlar Rusiya və ABŞ kəşfiyyat xidmətləri vasitəsilə aparılıb.


Abunəlik