Dunyanın ən güclü 50 ordusundan biri

Baxılıb:210
Dunyanın ən güclü 50 ordusundan biri

Ekspert: “Çox vaxt valideynlər deyirlər ki, belə şəraiti heç evdə yarada bilmirik”“Bu gün əsgərlərin döyüş qabiliyyətini, ruh yüksəkliyini saxlamaq, onların müasir texnikanı, silah-sursatı idarə etməsi üçün sosial-məişət problemlərinin həll edilməsi vacibdir”.Bunu Qaynarinfo-ya açıqlamasında cəbhəboyu zonada yeni hərbi hissələrin açılmasına münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O vurğulayıb ki, yeni hərbi hissələrdə və şəhərciklərdə şəxsi heyət üçün bütün şərait yaradılıb:

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan Ordusu müharibəyə tam hazırdır: “Müharibə hələ də davam edir, indi sadəcə atəşkəs rejimidir. Bölmələrimiz təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirirlər. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev daim Silahlı Qüvvələrin inkişafını bilavasitə yaxından nəzarətdə saxlayır”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, hazırda hərbi şəhərciklərin 80 faizi yenidən qurulub, qalanları da əsaslı təmir olunub: “Əsgərin döyüş hazırlığında iştirak etməyən nüanslar – yataqxana şəraiti, qidası, istirahəti və s. yüksək səviyyədə təmin ediləcəksə, bu da onlarda hərbçiyə xas keyfiyyətlərin vərdiş halına çevrilməsinə səbəb olacaq. Ona görə də əsgərin şəraiti bilavasitə döyüş hazırlığına təsir edir. Bunlarla yanaşı hərbi şəhərciklərin müasir tələblərə cavab verməsi vacibdir. Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun elan etdiyi “Açıq qapı” günlərində dəfələrlə həm valideynlər, həm də mətbuat nümayəndələri hərbi hissələrə baş çəkiblər və orada yaradılmış şəraitlə tanış olublar. Hətta jurnalistlər müsahibə alanda valideynlər çox vaxtı deyirlər ki, biz belə şərait gözləmirdik, çünki bu cür şəraiti heç evdə yarada bilmirik. Əsgərlərimizə diqqət və qayğı göstərmək lazımdır, bu qayğı var, həmişə də belə olub. Bu da hərbi şəhərciklərdə yaradılan şəraitdə özünü göstərir. Biz təkcə yeni alınmış texnika ilə, silahlarla bağlı danışmırıq, həm də göstəririk ki, bu gün əsgərlərimiz bütün şəraitlərlə təmin olunan hərbi hissələrdə, şəhərciklərdə xidmət edirlər”.
[22.05 15:26] AzTimes.az: Ş.Ramaldanov bildirib ki, bu gün hərbi hissələrdə tibb təminat, camaşırxana, yataqxana, qidalanma yüksək səviyyədədir: “Bütün bu şəraitlərə görə Azərbaycan əsgərinin döyüş potensialı yetərli qədərdir. Hazırda davam edən təlimlər də bunu təsdiqləyir. Təmas xəttində xidmət edən, ermənilərlə üz-üzə dayanan əsgərlərimiz müasir silahlara malikdir, ayıq-sayıqlıqla düşmənin bütün təxribatlarının qarşısını alırlar. Bütün bu kompleks göstəricilər Azərbaycan Ordusunun dünyanın ən güclü ordular sırasında ilk əlliliyə düşməsinə imkan verib. Ordunun uğur qazanmasında müasir hərbi şəhərciklərin açılması və yaradılması da mühüm rol oynayır. Düşünürəm ki, bu proses bundan sonra da davam etdiriləcək. Ən ucqar postlarda – dağlarda modullar yerləşdirilib. O modullarda manqa, tağım üçün, yəni az sayda şəxsi heyət olmasına baxmayaraq hər cür şərait yaradılıb. Bütün balaca şəhərciyin atributları orada var və bizim əsgərlər ayıq-sayıq xidmət edə bilirlər”.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilmiş hərbi hissələrin açılışında iştirak edib və tikintisi davam etdirilən obyektlərə baxış keçirib.İstifadəyə verilən qərargah binaları, əsgər yataqxanaları və yeməkxanalar, tibb məntəqələri, idman şəhərcikləri, sıra meydanları, döyüş texnikaları üçün saxlanclara baxış keçirilib.

Bildirilib ki, İP mühafizə və İP video-müşahidə sistemləri, yanğın əleyhinə siqnalizasiya və daxili rabitə sistemləri quraşdırılmış qərargah binaları tam şəkildə mebel və avadanlıqlarla təchiz edilib. Qərargah binalarında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları istifadəyə verilib.

Ərazidə inşa olunan yataqxana binaları da mebel və inventarlarla təmin edilib. Burada iş, məişət və digər xidməti otaqlar istifadəyə verilib. Binada yanğından mühafizə və daxili rabitə sistemləri quraşdırılıb.

Hərbi hissənin ərazisindəki tibb məntəqələri müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin olunub.Şəxsi heyətin rahat və keyfiyyətli qidalanmasının təşkili məqsədilə inşa edilmiş geniş yeməkxanalar lazımi avadanlıqlarla təchiz edilib.

Hərbi hissələrdə inşa edilən ərzaq anbarlarında soyuducu kamera və digər ərzaq saxlama otaqları, əşya anbarında isə əmlak saxlama otaqları mövcuddur. Ərazidə yaşıllıq zolaqları salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar əkilib, yollara asfalt salınıb, qaz və yüksək gərginlikli elektrik xətləri çəkilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun sərəncamında olan hərbi obyektlərdə tikinti, yenidənqurma, təmir işlərinin 90 faizi artıq başa çatdırılıb və növbəti illərdə bu işlərin tam yekunlaşdırılması planlaşdırılır. Bildirilib ki, hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulan yataqxanaların tikintisi davam etdirilir və Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətdə işlər bundan sonra da həyata keçiriləcək.

Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

/Qaynar.info


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir