Rusiya sərhədçilərinin “Zvartnots”dan çıxarılmasına ABŞ-dan reaksiya: Çoxdan gözləyirdik

Baxılıb:76
Rusiya sərhədçilərinin “Zvartnots”dan çıxarılmasına ABŞ-dan reaksiya: Çoxdan gözləyirdik

ABŞ Dövlət Departamenti Rusiya sərhədçilərinin Yerevanın “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılmasını çoxdan gözlənilən addım adlandırıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel qeyd edib ki, onlar bir il əvvəl Rusiya Federasiyası FTX Sərhəd İdarəsinin sərhədçilərinin Ermənistandan çıxarılması prosesinin qiymətləndirilməsi ilə bağlı sorğuya cavab verərək, bu məsələyə münasibət bildiriblər.

“Əlbəttə, o zaman hadisələr narahatedici inkişafda idi. Bu inkişafla bağlı əlavə məlumatım yoxdur. Lakin indi baş verənlər, əlbəttə ki, düzgün istiqamətdə atılan müsbət addım olardı”, – Patel bildirib.

Yada salaq ki, Rusiya sərhədçilərinin hazırda Ermənistanda olmasının əsasını 1992-ci il sentyabrın 30-da İrəvanda bağlanmış Rusiya sərhəd qoşunlarının respublika ərazisində statusu haqqında dövlətlərarası saziş təşkil edir.


Abunəlik