Qonşu ölkədə qorxunc xəstəlik sürətlə yayılır
Danq qızdırması olaraq bilinən yoluxucu xəstəlik dünyada yayılmaqda davam edir. Bu, ağcaqanadlar vasitəsilə yayılan ciddi bir xəstəlik olaraq bilinir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb.
Bildirilir ki, 176 ölkədə 11 milyon şübhəli xəstəliyə yoluxma halı qeydə alınıb.
Xəstəlik qonşu ölkə İranda da yayılmağa başlayıb.
Ölkədə xəstəliyə yoluxanların ilkin sayı 14 iyunda 2 nəfər olub. Hazırda xəstəliyə yoluxanların sayı 12 nəfərə yüksəlib.