Masazir qəsəbəsində qanunsuz gecəqondu tikintisinə niyə göz yumulur? Qazilərdən istifadə edən işbaz kimdir?- FOTOLAR

Baxılıb:258
Masazir qəsəbəsində qanunsuz gecəqondu tikintisinə niyə göz yumulur? Qazilərdən istifadə edən işbaz kimdir?- FOTOLAR

Abseron rayonu Masazır qəsəbəsi Zərifə Əliyeva küçəsi ( köhnə Bələdiyyənin yanı) adlanan böyük bir ərazidə gecəqonduların tikintisinə start verilib. Bu Abşeron rayonu üçün normal haldır. Amma sözügedən ərazidə aparılan tikintidə işləri tam qanunsuzluq hökm sürür.  Abşeron RİH-dən bildirildi ki, gecəqonduların tikildiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır.  Qanunvericiliklə bu ərazidə yaşayış evlərinin tikintisi yolverilməzdir. Fotolardan göründüyü kimi evlər arasında qanunla nəzərdə tutulan ara məsafəsi nəzərə alınmayıb.

AzTimes.az-ın sorğusuna cavab olaraq , Fövqaladə Hallar Nazirliyindən bildirilib:

“Şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti orqanlarının, bu sahədə dövlət nəzarəti isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı ərazilərdə aparılan özbaşına tikinti-quraşdırma işləri ilə əlaqədar tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na uyğun yerinə yetirilir.”

Abşeron rayon Masazır qəsəbəsi icra nümayəndəliyindən də ərazinin qurudulmuş gölün ərazisi olduğu üçün tikinti üçün heç bir icazəsi olmadığı bildirildi. Bəs bu qədər qanunsuzluqlara rəğmən niyə tikintilər maneəsiz aparılır və tiktok platformasında tikilən evlər  aşikaranə  “sənədi var” elanı altında satışa çıxarılır? Səbəb odur ki, bəzi işbazlar kimi burada tikinti aparan Elçin adlı şəxs el dili ilə desək , tikintinin ərsəyə gəlməsində başçıları Əli olan İkinci Qarabağ müharibəsi iştirakçılarının “gücündən” istifadə edir. Əli əraziyə gələn şəxslərə ” mən qaziyəm!” deyərək aqressiv hərəkətlər nümayiş etdirir. Bu ərazinin ona məxsus olduğunu qışqıraraq aqressiv hərəkətlər nümayiş etdirərək qarşı tərəfi təxribata çəkir.

Bu isə aidiyyəti şəxsləri  göz yummağa məcbur edir. Mövzuya qayıdacağıq.

AzTimes.az


Abunəlik