Pentaqondan Çinin “Sinovac” peyvəndi ilə bağlı ETİRAF

Baxılıb:148
Pentaqondan Çinin “Sinovac” peyvəndi ilə bağlı ETİRAF

ABŞ Müdafiə Nazirliyi Filippində Çinin koronavirus əleyhinə “Sinovac” peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib.

Bu barədə “Reuters” hələlik ictimaiyyətə açıqlanmayan hökumət sənədinə istinadən məlumat yayıb.

Pentaqonun, eləcə də Filippinin Xarici İşlər və Müdafiə Nazirliklərinin məlumatlarına əsaslanan sənəddə deyilir:

“Doğrudur, ABŞ Müdafiə Departamenti Filippin xalqına “Sinovac”ın təhlükəsizliyini və effektivliyini şübhə altına alan mesajlar yayıb”.

Mətndə, həmçinin Pentaqonun COVID-19 haqqında məlumat yaymaqda bəzi səhvlərə yol verdiyini etiraf etdiyi qeyd olunub. Sənədə əsasən, ABŞ tərəfi sonradan belə nəticəyə gəlib ki, peyvəndlərin diskreditasiyası kampaniyası ABŞ-nin prioritetlərinə uyğun gəlmir.

Qeyd olunur ki, ABŞ hərbiçiləri Filippin tərəfini 2021-ci ilin avqustunda COVID-19-un mənşəyi və COVID-19-a qarşı peyvəndlər ilə bağlı məlumatların yayılmasını dayandırdığı barədə məlumatlandırıb.


Abunəlik