BMT dünyada “ifrat isti epidemiyası” ELAN ETDİ
“Yer kürəsində milyardlarla insan həddindən artıq isti epidemiyası ilə üz-üzədir”.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş brifinqdə bildirib .
“Bu, görünməmiş isti bir həftə idi”, – o deyib.
Quterreş xatırladıb ki, Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti ilkin olaraq 21 iyul bazarını tarixdə ən isti gün elan edib:
“Lakin bazar ertəsi, iyulun 22-də civə sütunu daha da yüksəlib. Üstəlik, ertəsi gün, iyulun 23-ü də eyni diapazonda keçib. Bu üç gün bütün müşahidələr tarixində temperatur rekordunu qırdı”.
BMT-nin baş katibi bildirib ki, planet həddindən artıq isti epidemiyası səbəbindən daha isti və hamı üçün daha təhlükəli olur.