AQUAPARK RƏHBƏRLİYİ VƏTƏNDAŞA DƏYƏN ZİYANI ÖDƏMİR, SORĞULAR CAVABSIZ QALIR – VİDEO

Baxılıb:469
AQUAPARK RƏHBƏRLİYİ VƏTƏNDAŞA DƏYƏN ZİYANI ÖDƏMİR, SORĞULAR CAVABSIZ QALIR – VİDEO

Cəlilabad sakini Elşad Təhməzov AzTimes.az saytına müraciət edərək Aquapark istirahət mərkəzində haqsızlığa uğraması ilə bağlı danışıb. O , bildirib ki, 17 iyun 2024-cü ildə istirahət mərkəzində asudə vaxtını keçirdiyi zaman qəza baş verib. Belə ki, atraksiondan istifadə edən müştəri onun üstünə düşüb,nəticədə Elşad Təhməzovun bütün qabırğaları qırılıb.

Aquapark rəhbərliyi onun sığortaya müraciət etməməsini, bütün müalicə xərclərini ödəyəcəklərini bildirsələr də sonra boyun qaçırıblar. Sayt olaraq dəfələrlə mövqe öyrənməyə çalışsaq da qurum rəhbərliyi hər dəfə bir bəhanə ilə suallardan qaçdı. Videonu olduğu kimi sizə təqdim edirik:


Abunəlik