Ermənistanın Zəngəzur dəhlizinə nəzarət etmək hüququ yoxdur – SƏBƏBLƏR

Baxılıb:81
Ermənistanın Zəngəzur dəhlizinə nəzarət etmək hüququ yoxdur – SƏBƏBLƏR

Zəngəzur dəhlizi mövzusu Ermənistan-Azərbaycan münasibətləri fonunda davam edən danışıqların gündəmindən düşmür.

“Caliber”in “YouTube” kanalında dərc edilən növbəti təhlil sözügedən mövzuya həsr edilib.

Müəllif qeyd edir ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Azərbaycanın şərq hissəsi ilə Naxçıvan arasında avtomobil əlaqəsinin bərpası, ona nəzarətin Rusiya sərhədçiləri tərəfindən təmin edilməsi açıq-aydın qeyd edilsə də, Ermənistan tərəfi bu razılaşmanı artıq dörd ildir pozur.

“Bundan başqa, erməni tərəfi öz hərəkətləri ilə göstərir ki, Zəngəzur dəhlizi hətta işə salınsa belə, bu dəhlizlə insanların və yüklərin təhlükəsiz hərəkətini təmin etmək iqtidarında deyil”, – deyə qeyd olunur.

Müəllif buna sübut olaraq iyulun 12-də azərbaycanəsilli Ümid İmanqulizadə adlı iranlı sürücünün Ermənistan sərhədçiləri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı məqama diqqət çəkir.


Abunəlik