ABŞ-də epidemiya: daha 28 nəfər təhlükəli xəstəliyə yoluxdu

Baxılıb:81
ABŞ-də epidemiya: daha 28 nəfər təhlükəli xəstəliyə yoluxdu

ABŞ-də listerioz epidemiyası elan edilib.

Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəstəlik artıq 12 ştatı əhatə edir və iki nəfərin həyatına son qoyub. Ölüm hadisələri İllinoys və Nyu Cersi ştatlarında baş verib.

Daha 28 nəfər xəstəxanaya yerləşdirilib. Xəstələrin əksəriyyəti Merilend və Nyu Yorkda müəyyən olunub.

Onların ərzaq mağazalarından alınmış hazır ət və kolbasa məhsullarından yoluxduğu bildirilir.


Abunəlik