Sui-qəsdçi Trampa necə bu qədər yaxınlaşa bilib? – İlginc detal üzə çıxdı

Baxılıb:91
Sui-qəsdçi Trampa necə bu qədər yaxınlaşa bilib? – İlginc detal üzə çıxdı

ABŞ Məxfi Xidməti ABŞ-ın keçmiş prezidenti Donald Trampa silahlı sui-qəsd cəhdi edən şəxsin ona necə bu qədər yaxınlaşa bildiyini araşdırır.

Bu barədə Associated Press yazıb.

Məlumata görə, mitinqdə çəkilmiş onlarla video və foto, habelə peyk görüntüləri vasitəsilə keçmiş prezident Trampa hücumun detalları təhlil edilir.

Təhlillər maraqlı nüansları üzə çıxarıb. Belə ki, atəş açan şəxs Trampın mitinqinin keçirildiyi ərazinin şimalında yerləşən istehsal müəssisəsinin damında boz kamuflyaj geyinərək startda dayanıb. Onun dayandığı nöqtə Trampın çıxış etdiyi yerdən 150 metr aralıdadır. Maraqlısı odur ki, bu, ABŞ ordusuna yeni qəbul olunanlardan təlimlərdə M16 tipli avtomatik tüfənglə insan ölçülü hədəfləri vurmalarının tələb olunduğu məsafəyə uyğundur.

Qeyd edilib ki, sui-qəsdçinin istifadə etdiyi AR-15 isə M16-nın yarı avtomatik mülki modelidir.


Abunəlik