Donald Trampa qarşı sui-qəsd cəhdi: Atəş açan şəxsin kimliyi rəsmən təsdiqləndi
FTB Trampı öldürmək istəyən şəxsin kimliyini müəyyənləşdirib.
Federal Təhqiqatlar Bürosu (FTB) prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib.
Bu 20 yaşlı Tomas Metyu Kruksdur.
Xatırladaq ki, ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkisində namizədi Donald Trampa mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.