Birinci Qarabağ müharibəsində itkin düşmüş 6 şəhidlə Beyləqanda vida mərasimi keçirilib

Baxılıb:60
Birinci Qarabağ müharibəsində itkin düşmüş 6 şəhidlə Beyləqanda vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevin cəsədlərinin qalıqları dəfn olmaq üçün Beyləqan rayonundan yola salınıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan vida mərasimində insan izdihamı yaşanıb.

Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduqları və uğrunda həlak olduqları Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.


Abunəlik