DİA-da Ramiz Mehdiyevin “kadrları at oynadır”-Ə.Abdullayev,E.Əliyev cüttlüyünə dur deyən tapılmır!!!
Aztimes.az Adekvat.az- a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakultəsinin dekanı Elnur Əliyevin akademiyanın adına yaraşmayan fəaliyyəti ilə bağlı bu günlərdə mətbuatda yayılan və təkzib olunmayan faktlarla zəngin olan informasiyalar üzərindən aparılan araşdırmalar zamanı daha dəhşətli mənzərənin şahidi olduq.
Etiraf edək ki,ilk gündən DİA kimi nüfuzlu təhsil ocağında bu dərəcədə neqativ halların baş verməsinə şübhə ilə yanaşırdıq.Lakin,qısa müddət ərzində müxtəlif mənbələrdən aldığımız məlumatlar vəziyyətin daha da dözülməz olduğunu ortaya çıxardı.Məlum oldu ki,Elnur Əliyevin əməlləri təkcə sevgilisi vasitəsilə ölkəyə qanunsuz mallar keçirməklə yekunlaşmır.
Əyri yollarla dekan vəzifəsinə yüksəlmiş bu adam qiymət cədvəllərini istədiyi zaman saxtalaşdırır. İmtahanlar, kəsirlər pul qarşılığında yazılır.Bu barədə konkret faktlar var və müəyyən araşdırmalarımız davam edir. Elnur Əliyev “maraqlı” olduğu tələbələrə otağında imtahan da təşkil edir.
Gənc qızlara qayıblarının silinməsi qarşılığında nalayiq təkliflər edən dekanın mənəvi-əxlaqi dəyərlərə zidd davranışları sərhədləri çoxdan aşıb. Əgər DİA-da baş verənlər asanlıqla mətbuata sızdırılırsa rəhbərliyin bundan xəbəri yoxdurmu???Əgər xəbəri varsa o zaman niyə qarşısı alınmır.Bu istiqamətdə apardığımız araşdırmalar zamanı müəyyən olundu ki,E.Əliyevin havadarı və himayəçisi rolunda prorektor, Ramuz Mehdiyevin yaxın qohumu, 84 yaşlı Əlikram Abdullayev dayanır.Ə.Abdullayevin E.Əliyevdən dekan olması üçün külli miqdarda rüşvət alması barədə isə hamı məlumatlıdır.Bunu E.Əliyev özü də inkar etmir və hər yerdə konkret məbləği də söyləyir..E.Əliyevin qanunsuz əməlləri bununla yekunlaşmır.Tələbələri müxtəlif layihələrə rüşvət qarşılığında cəlb edir.Prezidentin adını daşıyan akademiyada ön plana çıxarılan bu kəslər keçirilən tədbirlərdə birinci Vitse-Prezidentin fəaliyyətinin işıqlandırılmasına belə imkan yaratmaq istəmir, təxribatçı çıxışlar edirlər.
Yuxarıda qeyd etdiklərimiz qısa zaman kəsiyində əldə etdiyimiz məlumatlardır.,Müvafiq dövlət qurumlarının və DİA rəhbərliyinin elm ocağında baş verən xoşagəlməz hallara biganə qalmayacaqlarına inanırıq.Ümid edirik ki,özünü toxunulmaz hiss edən E.Əliyevə dur deyən tapılacaq.
Qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.Ardı var….
Araşdırma qrupu