Avropa təhlükədə: nüvə gücləri arasında birbaşa toqquşma… – Rusiya xəbərdarlıq etdi

Baxılıb:109
Avropa təhlükədə: nüvə gücləri arasında birbaşa toqquşma… – Rusiya xəbərdarlıq etdi

Qərbin Moskvanı “strateji məğlubiyyətə uğratmaq” istəyi nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər.

Bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.

Qavrilov Qərb ölkələrinin silahlara nəzarət sənədlərindən uzaqlaşmasını dəyərləndirib. Onun fikrincə, Ukrayna münaqişəsi fonunda Qərb Rusiya ilə “qarşıdurma girdabına getdikcə daha da dərinləşir”.

“Forumda silahlara nəzarət və etimadın möhkəmləndirilməsi sahəsində qəbul edilmiş bütün sənədləri bir kənara ataraq, ölkəmizə “strateji məğlubiyyət” vermək fikrində idilər. Bütün bunlar gözlənilməz nəticələrlə nüvə gücləri arasında birbaşa hərbi toqquşma ilə doludur”, – Qavrilov əlavə edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Moskva Qərbdə nüvə silahından istifadə həddinin aşağı salınmasının müzakirəsi ilə əlaqədar öz nüvə doktrinasına dəyişikliklər etmək imkanını nəzərdən keçirir.


Abunəlik