Ermənistanın peykləri kosmosu bir-birinə vurdu

Baxılıb:82
Ermənistanın peykləri kosmosu bir-birinə vurdu

Dünyanın bir sıra ölkələri Ermənistanın baş naziri Nikol Paşinyandan “Hayasat-1” və “Armsat-1” peyklərini orbitdən geri qaytarmağı tələb ediblər.

Buna səbəb həmin peyklərin digər dövlətlərin cihazlarının işinə əngəl yaratmasıdır.

Ermənistan mətbuatının yazdığına görə, ölkənin yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyanın iyulun 3-də qəfil işdən çıxarılması da məhz bu məqamla əlaqədardır.

Belə ki, 2018-ci ilə qədər ABŞ-də taksi sürücüsü işləyən A.Poqosyan Ermənistanda yüksək vəzifəyə gətirilərək rabitə və kosmos sahəsində fəaliyyətləri koordinasiya edib.

“Hayasat-1” və “Armsat-1” peykləri Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə kosmosa buraxılıb və digər ölkələr üçün problemə çevrilib.

Müxtəlif ekspertlərin fikrincə, kosmosa göndərilən peyklər digər ölkələrin peykləri üçün problemə çevrilib, onların fəaliyyətini və ya proqramlarını pozub.

Qeyd olunur ki, peyklərin buraxılması düzgün hesablanmayıb və qeyri-peşəkar şəkildə həyata keçirilib.

Nəticədə müxtəlif ölkələrin hökumətləri Nikol Paşinyana müraciət ünvanlayaraq öz etirazlarını bildiriblər. Məhz bu etirazlar nəticəsində N.Paşinyan Avet Poqosyanı Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyindəki vəzifəsindən uzaqlaşdırmaq məcburiyyətində qalıb.


Abunəlik