Rusiya əcnəbilər üçün qanunu sərtləşdirir: bu şəxslər deportasiya ediləcəklər

Baxılıb:81
Rusiya əcnəbilər üçün qanunu sərtləşdirir: bu şəxslər deportasiya ediləcəklər

Rusiya Daxili İşlər Nazirliyi xarici vətəndaşın Federasiya ərazisindən çıxarıla biləcəyi inzibati xətaların siyahısını genişləndirəcək qanun layihəsi hazırlayıb. Layihə ictimai müzakirəyə təqdim edib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Hazırda məsuliyyət tədbiri kimi inzibati xaric Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin (İHM) 22 maddəsində nəzərdə tutulmuşdur.

“Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinə xaric edilməklə bağlı bənd təklif edilir ki, onların da əksəriyyəti ictimai asayişin və ictimai təhlükəsizlik sahəsində hüquq münasibətlərinin qorunmasına, o cümlədən ekstremist təzahürlərə qarşı mübarizəyə yönəlib”, – məlumatda vurğulanıb.

Nazirlik əlavə edib ki, əcnəbi vətəndaşların ölkədən çıxarılması və növbəti cinayətlərinin qarşısının alınması üçün onların inzibati məsuliyyətə cəlb edilməsi ilə yanaşı, polis əlavə prosedurlar da həyata keçirə biləcək. Bura ölkəyə girişdən imtina və ya qalmanın arzuolunmazlığı barədə qərarların qəbul edilməsi, deportasiya haqqında ayrıca qərar şəklində bəzi hallar daxildir.


Abunəlik