TƏHSİL NAZİRLİYİNİN ƏMƏKDAŞININ ADI HALLANAN DƏLƏDUZLUQ QALMAQALI BÖYÜYÜR – “WHATSAPPI SİLƏRƏK QEYBƏ ÇƏKİLİB..”

Baxılıb:613
TƏHSİL NAZİRLİYİNİN ƏMƏKDAŞININ ADI HALLANAN DƏLƏDUZLUQ QALMAQALI BÖYÜYÜR – “WHATSAPPI SİLƏRƏK QEYBƏ ÇƏKİLİB..”

“Şəkildəki insan əslən Şuşadan, amma Beyləqanda yaşayan Fuad Qəmbərli adlı şəxsdir. Uzun illər Azərsuda “İnsan resursları” şöbəsində işləmiş, sonra isə özünün dediyinə görə Xarici İşlər Nazirliyində hansısa vəzifədə işləyir. Bu insandan şikayət edən şəxsə ortaq bir neçə tanışın əli ilə çıxmış,  Elm və Təhsil Nazirliyinin hər hansı şöbəsində işə düzəlməsi üçün tapşıracağını bildirmiş, bir neçə gün sonra Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsində işləyən yaxın dostu Vüqar İsmayılovun iş dəyişikliyi üçün nazirliyin 3500 manat istədiyini demişdir. Ortaq tanışların olmasını, özünün də vəzifəsindən qorxduğunu dəfələrlə deyib, pulu zərərçəkəndən almış, doqquz ay ərzində müxtəlif rayonlara ərizə, məktub adı ilə təxminən 1000 manata yaxın da ziyana salmışdır. Sonda onun heç ümumiyyətlə heç bir işə qol qoymadığını öyrənən şikayətçi pulunu tələb etdiyi zaman, “pulu Vüqardan aldım, uşağım xəstədi, qaytaracam” adı ilə aylardır telefonlardan qaçır.” Bu şikayətçinin AzTimes.az-a  yazdıqlarıdır. İDDİALARla bağlı qarşı tərəfin mövqeyini icrimailəşdirə  biləcəyimiz barədə yazmamıza baxmayaraq  Fuad Qəmbərli mövqe bildirməkdən yayındı. Əksinə,   bizə hədə-qorxu gəlməyə üstünlük verdi. Necə deyərlər , oğru elə qışqırdı ki, doğru küncə sıxıldı.

Zərərçəkən şəxslərin iddiasına görə Fuad Qəhrəmanlı onların daim əlaqə saxladığı vatsapı silərək qeybə çəkilib. Məsələdə adı hallanan Vüqar İsmayılov isə iddialara qarşı susqunluğunu qoruyur.
Mövzuya qayıdacağıq.

AzTimes.az


Abunəlik