AUİB-nin Uşaq Sığınacağının sakinləri ödənişsiz təlim –tərbiyə prosesinə cəlb olunublar

Baxılıb:141
AUİB-nin Uşaq Sığınacağının sakinləri ödənişsiz təlim –tərbiyə prosesinə cəlb olunublar

“Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən 3 nəfər uşaq ödənişsiz şəkildə “Mələklərin Dünyası” İnkişaf Mərkəzi-uşaq bağçasının təsisçisi Nigar Bağırzadənin təşəbüsü və dəstəyi ilə ödənişsiz təlim-tərbiyə prosesinə cəlb olunub.

Uşaq Sığınacağında həssas qrupdan olan azyaşlıların “Mələklərin Dünyası”İnkişaf Mərkəzi-uşaq bağçasında təlim tərbiyə və məktəbəqədər tədrisə cəlb olunması onların inkişafına böyük töhfələr verəcək

Qeyd edək ki, Mərkəz bu gündən etibarən fəaliyyətə başlayıb açılışda qonağ qismində “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə,sahibkarlar və digər qonağlar iştirak edib.

Hər zaman balacalara sevgi və diqqət göstərən Nigar Bağırzadə və işçi heyətinə “Azərbaycan Uşaqları” İctimai Birliyi adından təşəkkürümüzü bildiririk. Əminik ki, inkişaf mərkəzində və mərkəzin nəzdində fəaliyyət göstərən uşaq bağçasında azyaşlıların təlim-tərbiyyəsi, məktəbəqədər təhsili ən mükəmməl səviyyədə həyata keçiriləcək.


Abunəlik