Türkiyə yol haqlarını artırdı: Rusiyadakı nəhəng şirkətlər hərəkətə keçdi

Baxılıb:70
Türkiyə yol haqlarını artırdı: Rusiyadakı nəhəng şirkətlər hərəkətə keçdi

Türkiyənin yol haqlarını artırmasından sonra Rusiyadakı nəhəng şirkətlər ölkə mətbuatına danışıblar.

Türkiyə Boğaziçi və Çanaqqala boğazlarından tranzit haqqını 15% artırıb.

“RİA Novosti” agentliyinə müsahibə verən Rusiyanın logistika şirkətlərinin nümayəndələri artımın istehlakçıya da yansıyacağını bildirirlər.

15 faizlik artımdan sonra ton başına qiymət 5,07 dollara yüksəlib. Rusiyanın aparıcı şirkətləri artımdan təsirlənəcəklərini bildirirlər.

“PEK Global” nümayəndəsi Gennadiy Çiçin bildirir ki, hazırda Rusiya ilə Türkiyə arasında dəniz daşımalarını həyata keçirən 12 operatordan yalnız biri qiymətləri artırıb.


Abunəlik