Özünü yandıran daha bir qazi VƏFAT ETDİ

Baxılıb:580
Özünü yandıran daha bir qazi VƏFAT ETDİ


Bu barədə 44 günlük müharibə iştirakçısı  Təbriz Rəhimovun həyat yoldaşı AzTimes.az-a danışıb. O bildirib ki, bir müddət öncə Maştağa -Zabrat yolunda    ağır yol-nəqliyyat hadisəsi baş verib. Şirkətlərdən birinə məxsus “Sizu”;markalı yük maşını ailəyə məxsus avtomobillə toqquşub. Nəticədə avtomobilə 7500 AZN məbləğində ziyan dəyib. Buna baxmayaraq “Kasko sığorta ” onlara dəymiş ziyanı cəmi 1900 AZN məbləğində qiymətləndirib. Haqsızlıqla barışmayan Təbriz Rəhimov elə şirkətin qarşısındaca uzərinə benzin tökərək özünü yandırıb. Mərhumun xanımı iddia edir ki,  şirkət əməkdaşlarından heç kəs baş verənlərə müdaxilə etməyib. Xanımın öz səyi nəticəsində ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Təbriz Rəhimov  ötən gün , günorta saatlarında vəfat edib.


AzTimes.az


Abunəlik