Almaniyanın ilk qaradərili deputatı ölümlə hədələnir: namizədliyini geri çəkdi
Almaniya parlamentinə daxil olan ilk Afrika əsilli deputat ona göndərilən irqçi ifadələr və ölüm təhdidlərinə görə federal seçkilərdən namizədliyini geri götürüb.
62 yaşlı Karamba Diabi ailəsi ilə daha çox vaxt keçirmək və gənc siyasətçilərə yer açmaq istədiyini bildirib. Həmçinin o, təhdidlərdən qorxmayacağını da vurğulayıb.
Diabi verdiyi müsahibələrdə parlamentdə və cəmiyyətdə düşmənçilik mühitinin artdığını qeyd edib. Hətta o, Saksoniya-Anhalt ştatının Halle şəhərindəki seçki məntəqəsində olarkən pəncərədən güllələr atılıb.
Diabi həmçinin bildirib ki, bəzi işçilər onunla işləməkdən çəkindirmək üçün şantaj cəhdlərinə və təhdidlərə məruz qalıblar.