Qarət olunan şəxsdən qəribə addım

Baxılıb:164
Qarət olunan şəxsdən qəribə addım
Rusiyanın Sankt-Peterburq şəhərində qəribə hadisə baş verib.AzTimes.az RT-ə istinadən xəbər verir ki, avtomobillərə texniki xidmət müəssisəsinin direktoru onu qarət edənlərin maşınını darmadağın edib.Hüquq-mühafizə orqanlarından bildirilib ki, travmatik tapança ilə silahlanmış üç quldur avtoservisin şüşələrini sındırıblar və içəridən seyf oğurlayıblar.

Quldurları saxlamağa çalışan direktor yaxında olan VAZ markalı avtomobilə əyləşərək, cinayətkarların BMW markalı maşınını vurub. Buna baxmayaraq, quldurlar hadisə yerini tərk edə biliblər.

Onların tutulması barədə hələlik məlumat yoxdur.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir