Yeni Zelandiyanın Baş nazirini kafeyə buraxmadılar
Yeni Zelandiyanın Baş naziri Casindu Ardern və həyat yoldaşı Klark Qeyford koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan yeni qaydalar səbəbindən kafeyə buraxılmayıblar.Bb
Buarədə “New Zealand Herald” xəbər yayır.
Vellinqton şəhərində “Olive” kafesinin işçiləri cütlüyü qəbuldan imtina ediblər.
Hökümət başçısının əri yeri əvvəldən bron etmədiyi üçün özünü günahkar sayıb. Buna baxmayaraq, yer qısa müddətdə boşalıb və bundan sonra cütlüyə kafeyə qayıtmaq təklif edilib.
“Ardern bütün işçilərə yaxşı münasibət bəsləyirdi və adi bir müştəri kimi davranırdı”, – deyə şahidlərdən biri bildirib.
Ölkədə yeni qaydalara əsasən, restorandakı qonaqlar sosial məsafəni qorumalı və barda oturmamalıdırlar.